Şou-biznes

Axtarışa verilən Afətdən ŞOK AÇIQLAMA : Varsa, şou-biznesdən gedəcəm

Müğənni Afət Fərmanqızının axtarışa verilməsi,ölkəyə gəldiyi halda həbs olunacağı barədə yayılan xəbərlərə müğənni özü münasibət bildirib.

Bu barədə Oxu24.com-a açıqlama verən müğənni Afət Fərmanqızı bildirib ki,yayılan xəbərlərin heç bir əsası yoxdur.

“Vəfa mənimlə reklam tutur. Bu, söhbətlər artıq köhnəlib. Bu,həbsiz axtarışdır. Vəfa kimi savadsız adamlar nə bilir ki, həbsli, yaxud həbssiz axtarış nədir. Vəkili yəqin, Vəfanı düz başa salmayıb…Saxlanılanda nə olacaq ki?Saxlananda deyirlər, bura qol çək,get… Keçən dəfə də belə etmişdilər. Gəldim, məhkəməni uddum, getdim… (Red- Flora Kərimova ilə məhkəməni nəzərdə tutur). Mən istəyəndə Azərbaycana gəlirəm də, gedirəm də… Toy yoxdur, Azərbaycana indi nəyə gəlim?… Mən nə deyirəm ki? İnşallah gələcəm Bakıya…”,- deyə müğənni bildirib.

Qeyd edək ki, müğənni Vəfa Şərifova canlı efirdə çıxışında  bildirib ki, Afət Fərmanqızı hazırda axtarışdadır və buna görə də ölkəyə daxil ola bilmir.

Verilişə telefon bağlantısı ilə qoşulan müğənninin vəkili Elməddin bəy də bu məlumatı təsdiqləyib:

“Bəli, onun barəsində axtarış elan olunub. Hava limanına endiyi anda saxlanılacaq,” – deyə vəkil qeyd edib.

 

Related Articles

Leave a Reply

Back to top button