təcili yardım

Axşam saatlarında acı xəbər gəldi: Ata, ana və 3 yaşlı qızları...

Astarada baş verən dəhşətli yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü yanaraq ölüb.

“Report”un məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 201-ci kilometrində, rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şiyəkəran kənd sakini Mirzəmməd Elman oğlu Əliyevin idarə etdiyi BMW markalı minik avtomobili Rusiya Federasiyası vətəndaşı olan Maqammedemin Abdullaşevə məxsus iritonnajlı yük maşınına çırpılaraq alışıb. Nəticədə minik avtomobilinin sürücüsü, onun həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva və övladı üç yaşlı Gülxanım Mirzəmməd qızı Əliyeva yanaraq ölüblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Astara Rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi, FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.

01.04.2024 22:00
show 584