Namaz qılan insanları maraqlandıran əsas məsələlərdən biri də "Axşam namazı nə vaxta qədər qılınır?" sualıdır.
Qlobal.net bu suala cavab tapmağa çalışıb:
Axşam namazının vaxtı günəşin batması ilə başlayır və İmam Əbu Hanifəyə görə, günəş batdıqdan sonra üfüqdə qalan işıq itənə qədər davam edir. Peyğəmbərimiz (s.a.s.) bu haqda belə buyurmuşdur: “Axşam namazının vaxtının başlanğıcı günəşin batması, sonu isə üfüqün itməsi ilə olur.” (Tirmizî, Salât, 2 [151]). Bir rəvayətdə isə Peyğəmbərimiz (s.a.s.) axşam namazını şafaqın itməsindən sonra qılmışdır (Dârekutnî, es-Sünen, 1/495-496 [1037]).
Rəvayətlərdəki “şafaq” və ya “üfüq” sözləri İmam Əbu Hanifəyə görə, qırmızı rəngin yox olmasından sonra ağarmadır. İmam Əbu Hanifə bu mövzu ilə bağlı dəlil olaraq, “Axşam namazı vaxtının sonu üfüq qaranlığının başladığı vaxtdır.” (Müslim, Mesâcid, 174 [612]) hədisinə istinad edir.
İmam Əbu Yusif və İmam Məhəmməd ilə digər məzhəblərə görə, axşam namazının son vaxtı, günəşin batmasından sonra qızılı işığın itməsiylə sona çatır. Çünki hədisdəki şafaq, günəşin batmasından sonrakı qızılı işıqdır. Peyğəmbərimiz (s.a.s.) da bu barədə belə buyurmuşdur: “Şəfəq qızılı işıqdır. O itəndə namaz vacib olur.” (Dârekutnî, es-Sünen, 1/506 [1056])
Fatimə
Qlobal.net