"Axır zaman" nədir?
"Axır zaman" dünyada qiyamət qopmazdan əvvəlki son dövrü ifadə edən bir anlayışdır.
Qlobal.net bildirir ki, İslam inancına görə, kainatın bir başlanğıcı olduğu kimi, bir sonu da vardır. Ancaq bu sonun nə zaman gələcəyini bilmək insanın məlumatı xaricindədir. Kainatın ömrü, insanın ömrü kimi, yalnız Allahın bilik sahəsindədir. Qur’an-i Kərimdə bu həqiqət belə ifadə edilir:
“Qiyamətin nə zaman qopacağını səndən soruşurlar. De ki: ‘Onun bilgisi yalnız Rəbbimin yanındadır. Onun vaxtını heç kimdən başqa heç kim açıqlaya bilməz.’” (Əl-Ə‘raf, 7/187);
“Qiyamətin nə zaman qopacağını bilmək yalnız Allah’a aiddir.” (Luqman, 31/34). Digər tərəfdən, Həzrət Peyğəmbərdən (s.a.s.) sonra başqa bir elçi göndərilməyəcəyi üçün ona “axır zaman peyğəmbəri”, onun ümmətinə isə “axır zaman ümməti” deyilir. Bu mənada biz hal-hazırda axır zaman dövründə yaşayırıq.
Fatimə
Qlobal.net