Avtomobil salonuna əsla süd dağıtmayın, yoxsa...
Süd bir çox insanın sevə-sevə istehlak etdiyi çox faydalı bir içkidir. Körpələrdən tutmuş idmançılara qədər hər kəs süd içir.
Qlobal.net bildirir ki, bu faydalı içki avtomobil sahibləri üçün kabusa çevrilə bilər. Nə vaxt? Təbii ki, maşına töküləndə!
Düşünə bilərsiniz ki, biz onu silə bilərik və ləkəsi gedəcək. Amma vəziyyət o qədər də sadə deyil. Bu, o qədər pis vəziyyətdir ki, eşidənləri “maşını satmaq daha yaxşıdır” deməyə vadar edir. Bəs niyə? Avtomobilinizin içinə süd töksəniz, nə baş verir? Gəlin, birlikdə öyrənək!
Avtomobil idarə edərkən sizin və ya uşağınızın avtomobilə içki tökməsi çox mümkün bir ssenaridir. Təbii ki, su kimi sadə şeylər töküldükdə çox narahat olmaq lazım deyil.
Ancaq süd şüşənin içində nə qədər məsum görünsə də, maşına töküləndə kabusunuza çevrilir. Əvvəla, tökülən süd xarab olmağa başlayanda tez bir zamanda bakteriya əmələ gətirir və avtomobilinizin salonunu dəhşətli qoxu bürüməyə başlayır.
Bu qoxu o qədər güclüdür ki, avtomobildə qalmaq istəmirsiniz. Pis qoxunun əsas səbəbi tökülən südün yaratdığı bakteriyalardır.
Bu pis qoxu ilə yanaşı, südün töküldüyü yerdə qalıcı bir ləkə olma ehtimalı da var. Beləliklə, bu hadisə tam bir kabusdur!
Ləkələrdən birtəhər qurtula bilsəniz belə, bu qoxudan xilas olmaq üçün ümidsiz şəkildə kömək istəyəcəksiniz.
Çünki bu qoxudan xilas olmaq çox çətindir. Bəziləri hətta oturacaqların altındakı keçəni çıxarıb maşının salonunu tamamilə yeniləyir, amma yenə də bu qoxudan tam qurtula bilmirlər. Odur ki, diqqətli olun və mümkünsə, avtomobilinizdə tərkibində süd və süd məhsulları olan heç bir şey içməyin. Tökülmə ehtimalını nəzərə alaraq diqqətlə hərəkət edin!
Murad
Qlobal.net