avtobus

Avtobusdan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

"Çinar Trans" MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə "Yutonq" markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.


01.12.2024 13:03
show 192