679c6bf915f45202501252145

"Baku Bus"ın sürücüsünün infarkt keçirdikdən sonra törətdiyi qəzanın ANBAAN VİDEOSU

Ötən gecə saat 23:20 radələrində "BakuBus" MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb.

"BakuBus" MMC-dən bildirilib ki, ilkin ehtimala görə nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürək tutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. (Unikal.az)


31.01.2025 09:17
show 382