19.09.2020
12:31

Avropada 2 böyük bank birləşir

İspaniyada Caixabank və Bankia birləşmək qərarı qəbul ediblər.

Marja xəbər veri ki, birləşmə nəticəsində 664 milyard avro cəmi aktivləri, 51 min işçisi və 6 min 700-dən çox şöbəsi olan ölkənin ən böyük bankı yaranacaq.

İki bankın birləşməsindən sonra Caixabank adından istifadə ediləcəyi, baş ofisinin Valensiyada olacağı və 20 milyondan çox müştəriyə xidmət göstəriləcəyi bildirilib.

Texnoloji inqilabın təsirilə istehlakçı vərdişlərindəki dəyişikliklər, son illərdəki aşağı gəlirlilik və Kovid-19-dan qaynaqlanan böhran bankları birləşməyə məcbur edib.

İspaniya mətbuatı, Caixabank və Bankia-nın birləşməsinin ardından ölkədəki digər böyük banklarda da bənzər birləşmələrin ola biləcəyini yazır.

Loading...