photo_55925848
Avropa yanacaqsız qala bilər


Avropa 2022ci ildə neftsiz qala bilər

"Bloomberg"-in məlumatına görə, 2022-ci ildə Avropa praktiki olaraq neft və neft məhsullarından məhrum ola bilər.


Oxu.az bildirir ki, Almaniyanın qaz və hidrogen saxlama sistemləri operatorları birliyinin (INES) rəhbəri Sebastian Bleşkenin sözlərinə görə, Avropada neft anbarları orta hesabla cəmi 56% doludur.


"Qarşıda iki ən soyuq qış ayı var. Avropada benzinin tükənəcəyi ilə bağlı narahatlıqlar mövcuddur. Saxlama yerləri cəmi 56% doludur ki, bu da 10 illik orta göstəricidən 15%-dən çox aşağıdır", - deyə Bleşke izah edib.


O, aydınlaşdırıb ki, Rusiya ixrac artımını dayandıracağı təqdirdə, martın sonuna qədər ehtiyatlar 15%-ə qədər azala bilər.

07.01.2022 22:17
196