65ef588497131202403241620
Avropa nəhəngi Qurbanov üçün rəsmən “Qarabağ”ın qapısını döydü

"Latsio" üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir.

Qlobal.net supersport.az-a istinadən xəbər verir ki, İtaliya klubu Azərbaycan komandasına məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər.

"Qartallar"ın bu transfer üçün "köhlən atlar"la danışıqlar apardığı bildirilir. Azərbaycanın şöhrətli məşqçisi Qurban Qurbanovun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bitəcək.

Qeyd edək ki, İtaliya çempionatının lideri "İnter"dən (28 oyun, 75 xal) 35 xal geri qalan "Latsio" hazırda 20 komanda sırasında 27 matçdan 40 xalla 9-cu pillədə qərarlaşıb.

11.03.2024 23:15
show 1295