01.07.2021
12:29
146

AVRO-2020: Bakıdakı son oyunun təyinatları açıqlandı

Loading...

Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün təyinatlar açıqlanıb.

Qarşılaşma Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.

FIFA referisi Byorn Kuypersə Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bökeldir.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Loading...