photo_48783013
Avqustun 13-dək çoxlu ölümlər, böyük ağrılar olacaq – TƏHLÜKƏLİ DÖVR başlayır

Astroloq Nataliya Vlasenko Ukrayna ilə bağlı yaxın gələcək üçün proqnoz verib və ölkədə müharibənin pik həddə çatacağı ən təhlükəli tarixlər barədə iddialarını irəli sürüb.

Astroloq Rusiya ilə müharibədə ən çətin dövrün iyulun 12-də başlayacağını deyib.

“Bu, ölümlə, qlobal dəyişikliklərlə, xoşbəxtlikdən ağrıya, həyatdan ölümə qədər olan
dövrlə bağlıdır. Avqustun 13-nə qədər çoxlu ölümlər, çoxlu ekstremal hadisələr, böyük ağrılar olacaq. Avqustun 13-ü bu dövrün sonu olacaq. Dövlət bütün imkanlarını fövqəladə vəziyyətlərə sərf edəcək”, - Vlasenko bildirib.

Astroloq qeyd edib ki, iyulun 15-dən avqustun 4-dək olan müddət müharibənin pik dövrü olacaq. Məhz bu dövrdə ən güclü partlayışlar, anlaşmaların pozulması, zorakılıq və ölüm halları baş verə bilər.

Onun sözlərinə görə, ən çətin dövr iyulun 31-də başlayacaq. (teleqraf.com)

11.07.2022 22:52
show 190