Cəmiyyət

“Avant Qrup” MTK-dan ev alanlar ƏDV-ni 3 ildir geri ala bilmir

Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında yerləşən “Avant Qrup” MTK-nın binasından mənzil alan sakinlər artıq üç ildir ödədikləri ƏDV-nin geri qaytarılmaması ilə bağlı narazılıq edirlər.

Milli.Az xəbər verir ki, şikayətçilərin bildirdiyinə görə, onlar dəfələrlə MTK-ya müraciət etsələr də, nə problem həll olunub, nə də rəsmi şəkildə izahat verilib. Sakinlər iddia edirlər ki, ödədikləri məbləğin müəyyən hissəsinin – ƏDV-nin 30 faizinin onlara qaytarılması nəzərdə tutulsa da, proses uzun müddətdir çıxılmaz vəziyyətdədir.

Mənzil sahiblərindən biri yaranmış durumu belə izah edib: “Mənzilin pulunu tam ödədikdən sonra bizə bildirilmişdi ki, ƏDV-nin 30 faizi geri qaytarılacaq. Lakin MTK ilə Dövlət Vergi Xidməti arasında hansısa anlaşılmazlıq olduğundan proses dayanıb. Biz bu məsələyə təsir edə bilmirik və nəticədə pulumuzu ala bilmirik”.

Sakinlərin narazılığı artmaqda davam edir və problemin nə zaman həllini tapacağı hələlik bəlli deyil.

Related Articles

Leave a Reply

Back to top button