Maraqlı

Atom bombasının qurbanı olan qızcığaz və onun kədərli taleyi…

Sadako Sasaki adlı bu yapon qızcığaz atom bombasının qurbanı kimi hər zaman kədərlə xatırlanır.

Qlobal.net xatırladır ki, o,1943-cü ildə Yaponiyanın Hiroşima şəhərində dünyaya gəlib. Onun uşaqlığı müharibənin kölgəsində keçib. 2-ci Dünya müharibəsinin sonlarına yaxın, daha dəqiq – 1945-ci il, avqustun 6-da ABŞ-ın Hiroşimaya atdığı atom bombası Sadakonun həyatını alt-üst edib.

Qızcığaz partlayış zamanı radiasiyaya məruz qalsa da, ilk illərdə heç bir ciddi simptom göstərməyib. Hər şey normal görünüb, məktəbə gedib, dostları ilə oynayıb. Lakin 1954-cü ildə Sadakonun səhhəti sürətlə pisləşməyə başlayıb və həkimlər ona kəskin leykoz diaqnozu qoyublar. Bu xəstəlik radiasiyanın uzunmüddətli təsirinin nəticəsi idi və onun zəif bədənini sürətlə zəiflədirdi.

Xəstəxanaya yerləşdirildikdə Sadako yaşı çox olmasa da, xəstəliyinin ağırlığını anlayırdı. Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə Oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır.
undefined
Hər bir qatlanmış kağız onun səbrini və əzmini nümayiş etdirir, ümidini simvolizə edirdi. Bəzən gecələr yatağında uzanıb əlindəki kağızlara baxır və sağalma arzusu ilə ağlayırdı.

Sadako 1955-ci ilin oktyabrında, cəmi 12 yaşında vəfat edir. Lakin onun düzəltdiyi minlərlə Oriqami kağızı və hekayəsi ölməz oldu. Onun taleyi bütün dünyaya atom bombasının dağıdıcı gücünü xatırlatdı və müharibənin uşaqlara vurduğu travmanı simvolizə etdi. Sadako-nun hekayəsi Yaponiyada və dünyada sülh və ümidin simvolu halına gəldi.

Onun şərəfinə Hiroşima Sülh Parkında abidə ucaldıldı və hər il minlərlə insan bu abidəyə kağızdan düzəldilmiş durnalar göndərir. Onun hekayəsi göstərir ki, hətta kiçik bir uşaq belə böyük bir mesaj və təsir yarada bilər.
Children%27s Peace Monument%2C front right view

Murad
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button