660b956221abe202404241930
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. 

Bu barədə Qlobal.net-ə Müdafiə Nazirliyindən bildirilib. "Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – nazirlik açıqlayıb.
02.04.2024 09:19
show 70