Moskva yaxınlığındakı Kubinka şəhərində 23 yaşlı gənc sərxoş atasının hərəkətlərindən bezərək onu bıçaqla qətlə yetirib.
Qlobal.net bildirir ki, münaqişəni ata başladıb. Gəncin valideynləri bir neçə il əvvəl boşanıblar, lakin ata sərxoş davranışları ilə oğlunu və keçmiş həyat yoldaşını narahat etməyə davam edib. Çərşənbə axşamı o, yenidən sərxoş halda ailəsinin yanına gəlib və özü ilə araq şüşəsi gətirib. Gənc oğlan onu içəri buraxmaqdan imtina etsə də, kişi hər halda mənzilə zorla daxil olub. Daha sonra onların arasında dava baş verib. Gənc atasını qorxutmaq üçün bıçaq götürüb, lakin kişi ona yumruqla hücum edib. Nəticədə, ata boyun və sinəsindən bir neçə bıçaq yarası alıb. Aldığı xəsarətlərdən sağ qalmayıb. Oğul təcili yardım çağırıb və baş verənlər barədə anasına iş yerinə SMS vasitəsilə məlumat verib.