Atasının qisasını alıb... - Mərdəkandakı qətlin təfərrüatı
Dünən
saat 20 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il
təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlu ov tüfəngi ilə güllələnərək
qətlə yetirilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə
şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən
ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin
kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir
Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və
barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam
etdirilir.
Ötən gecəki qətlin də məhz qisas zəminində törədildiyi deyilir.
Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı
Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,
R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.