"Bir də görürsünüz, elə bir zaman gəldi ki, Zülfiyyə Xanbabayeva məşhur bir müğənni, Xalq artisti oldu"
Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayevanın atası "Söhbət var" verilişində deyib. Müğənninin sözlərinə görə, uşaq vaxtı ana və atası onun oxumağına qarşı olublar:
"Atam çox sakit insan olub. Onu öyrədən mənim anam olub. Anam "Qızın gedir məşqlərə, xəbərin yoxdur. Müğənni olmaq istəyir", - deyirdi. Atam da gəlmişdi, müəllimimin qapısına. Əlində balta ilə".
O, daha sonra məşhurlaşandan sonra valideynlərinin ondan dəvətnamə istədiklərini də deyib:
"Mənim yadımdadır ki, valideynlərim bir konsert olanda mənə deyirdilər ki, dost-tanışımıza dəvətmanə lazımdır. Mən də deyirdim gedin alın, qoymurdunuz ki, məni oxumağa", - müğənni əlavə edib.