Cəmiyyət

Atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı – Yazıçıdan SƏRT AÇIQLAMA

“Camaatımız niyə illah da oğlan uşağı arzulayır? Nədir bu arzunun kökündə yatan əsl səbəb?”

Qlobal.net xəbər verir ki, bu ritorik sualları yazıçı Seymur Baycan sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, yəqin düşünürlər ki, qız çıxıb ərə gedəcək, ata ocağında oğlan çıraq yandıracaq:

“Amma buna zəmanət yoxdur. Elə oğlanlar tanıyıram ki, bəd əməlləri ilə nəinki ata ocağının, hətta bütün nəslin çırağını söndürüb.

Mən nə qədər ailələr tanıyıram ki, oğlan uşaqları ailənin başına olmazın bəlaların gətiriblər, axırda ata-ananı atıb gediblər keflərinin dalınca. Qocalara baxmaq isə qızların öhdəsinə düşüb. Nə fərqi var, oğlan, ya qız uşağı? Əsas odur övlada normal tərbiyə, təhsil verilsin.

Elə kişilər var ki, danışığına, hərəkətlərinə baxırsan, deyirsən ki, atası bunun əvəzinə bir lək soğan əksəydi daha yaxşı olardı”.

Related Articles

Bir cavab yazın

Back to top button