65f7f9e21fc66202403242258
Atası ilə xalasını yataqda tutan müğənni barədə məhkəmə QƏRAR VERDİ

Bakı şəhər Səbail rayon Məhkəməsində müğənni Nüşabə Musayeva barəsində edilmiş xüsusi ittiham şikayətə baxılıb.

Qlobal.net bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, müğənninin xalası Şahsənəm Canıyeva məhkəməyə şikayətində mərhum bacısının qızı olan Nüşabənin Cinayət Məcəlləsinin 147 və 148-ci, yəni təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb edilməsini və mənəvi zərərə görə 30 min manat təzminat ödəməsini xahiş edib.

O, bildirib ki, bacısı qızı ATV kanalında Zaur Baxşəliyevin verilişində barəsində alçaldıcı ifadələr işlədib, barəsində təhqir və böhtana yol verib.

Müğənni Nüşabə Musayeva isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb. O, həqiqəti dediyini, heç bir təhqir və böhtana yol vermədiyini bildirib.

Şahsənəm Canıyeva isə həmin evliliyin kağız üzərində olduğunu və ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu eyib.

Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşamalarını gördüklərini deyiblər.

Səbail rayon Məhkəməsinin qərarı ilə xalasının Nüşabə Musayevaya qarşıxüsusi ittiham qaydasında şikayəti və təzminat tələbi rədd edilib.

18.03.2024 12:19
show 350