64fd78bd953bc202309230517
Atası casus, anası narkobaron, oğlu narkoman olan Ceki Çan - VİDEO

Ceki Çan honkonqlu, çinli və amerikalı aktyor, kaskadyor, həmçinin müğənni və xeyriyyəçidir.

O, 1954-cü il aprelin 7-də Honkonqda dünyaya gəlib. Hələ doğulmamışdan əvvəl Ceki nə qədər qeyri-adi olduğunu göstərib. Anası onu 12 ay bətnində daşıyıb. Doğuşdan sonra valideynləri Cekini britaniyalı mama-ginekoloqa satmaq istəyiblər.

Ceki özü deyir ki, əgər o satılsaydı, indi, çox güman ki, Böyük Britaniyada yaşayacaq, ingiliscə danışacaq və bəlkə də həkim olacaqdı.

Valideynləri Çarlz Çanq və Lili Çanq siyasi təqiblərdən xilas olmaq üçün Çindən Honkonqa qaçıblarmış. Çarlz vətəndaş müharibəsi zamanı və ondan sonra gizli agent olub. Gələcək aktyorun anası isə bəzi məlumatlara görə, narkotik alverçisi idi, tiryək satırdı.

Ətraflı Baku TV-nin “Retro Baku” verilişində:

 

10.09.2023 12:04
show 801