638f04d1a145b202212220105
Atası 2 yaşlı uşağa spirtli içki içirdib TELEFONA ÇƏKDİRDİ - VİDEO

ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramında tükürpədən görüntülər nümayiş olunub. 

Qlobal.net xəbər verir ki, ürək ağrıdan videoda atası azyaşlıya spirtli içki qəbul etdirir. Əvvəl uşaqdan böyüyəndə kim olacağını soruşur, o isə cavabında "alkaş" olacağını deyir. Daha sonra atasının yanında gedir ki, ona yenidən içki versin.

Veriliş zamanı nümayiş olunan görüntülər aparıcı Xoşqədəm Hidayətqızı da daxil olmaqla, studiyadakı ekspertlərdə və tamaşaçılarda böyük aqressiya yaradıb.

Aparıcı çəkiliş heyətindən azyaşlıya spirtli içki içirdən şəxsin fotosunun göstərilməsini xahiş edib. Daha sonra həmin kişini tanıyanlardan verilişə müraciət etmələrini istəyib. 




06.12.2022 13:00
show 2440