Atanı təkər şinində basdırdılar, üstündə kabab çəkdilər – 5 ildən sonra üstü açılan QANDONDURAN CİNAYƏT

Əhliman və Zeynəbin 6 uşağı var idi. Kənardan zəhmətkeş ata və şən ailə kimi görünən bu ailənin gələcək taleyi barədə kənardan proqnoz vermək heç də rahat deyildi. Elə belə günlərin birində 1992-ci ildə ailənin oğlu Elnay müharibəyə gedir.
Qlobal.net xəbər verir ki, oğullarından xəbər çıxmadıqdan sonra kənd camaatı Əhlimanın da oğlunun ardınca müharibəyə getdiyini, oğlunu axtardığını öyrənir. Lakin bir müddət sonra Əhlimandan da xəbər çıxmır. İnsanlar fikirləşir ki, yəqin Əhliman da oğlu axtara-axtara döyüşə başlayıb. Bu arada Əhlimanın Rusiyada yaşayan qardaşı Azərbaycana gəlir. Vəziyyəti öyrəndikdən sonra qardaşı və qardaşı oğlunu axtarmaq üçün Qarabağa yollanır. Bir müddət sonra qardaşı oğlu Elnayı tapır, lakin Elnay deyir ki, atasını görməyib. Qardaşı da bundan sonra bir nəticəyə gələ bilmədiyindən Rusiyaya qayıdır. Hadisənin üstündən bir neçə il ötür. Lakin Əhlimanı gördüm deyən olmur. Yenə qardaş… O, yenidən Azərbaycana qayıdır və qardaşının yoxa çıxması ilə bağlı prokurorluğa ərizəylə müraciət edir. Həmin vaxtlarda itkin düşmüşlərlə bağlı ərizələr polis şöbəsinə göndərilsə də, rayon prokuroru Adil Əsgərov belə etmir. Ərizənin yoxlanmasını müavininə tapşırır və gedişatı tam formada öz nəzarətinə götürür.