rəşid
"Atam palatada yatırdı, anamın çayına dərman töküb yatırdılar, sonra..." - Rəşid Behbudovun qızı ŞOK FAKTLARI AÇDI (VİDEO)

“Hər kəs bizdən üz döndərdi. Nə yaxşı ki, aclıqdan ölmədik”.

Rəşid Behbudovun həyat və fəaliyyətində yəqin ki, bizə, sizə sirr qalan heçnə yoxdur. Lakin çoxlarını ən çox narahat edən onun müəmmalı ölümüdü. Bu verilişdə daha çoAtamla bağlı “wikipedia”da yalan məlumatlar qeyd olunub. Yazıblar ki, Rəşid Behbudov uğursuz əməliyyatdan sonra Moskvada vəfat edib. Bu tamamilə yalandır. Mən indi həqiqəti deyəcəyəm. Bunu mətbuata ilk dəfə olaraq açıqlayıram. Bəli, onun böyrəyini əməliyyat etməli idilər. Atamı əməliyyata hazırladılar. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən Prezident Aparatından (Keçmiş SSRİ Mərkəzi Komitədən) zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır.

Əməliyyat onun səhhətini yüngüləşdirməli idi, çünki böyrəkləri xəstə idi. Mahnı Teatrının o zamankı yeni binasında özünü soyuğa vermişdi. Çünki binaya yeni köçəndə istilik sistemi hələ də işləmirdi. O, rütubətli, soyuq binada çalışırdı. Bütün bunlara baxmayaraq o, aktyorlarla birlikdə çalışırdı. Nəticədə böyrəyinə soyuq oldu. Buna görə də atamın səhhəti ağırlaşdı. Bu ya təbii hadisə idi, ya da belə qələmə verilirdi. Çox mübahisəli və aşkar bir məsələ idi.

Fakt budur ki, əməliyyat təxirə salındı.  

Daha ətraflı video-materialda:



19.06.2024 15:12
show 865