Boliviyada 37 yaşlı kişi arvadından boşandıqdan sonra ağır stress keçirib və uşaqlarını zəhərləyərək keçmiş həyat yoldaşından qisas alıb.
Xavyer Hernandes Rohan keçmiş həyat yoldaşının boşandıqdan sonra şəxsi həyatı qurmaq niyyətində olduğunu öyrənib və ondan qisas almaq qərarına gəlib. Qadının evinə gələrək yeddi və dörd yaşlı uşaqları mağazaya aparacağam deyərək götürüb.
Uşaqları öz mənzilinə gətirib və içərisinə əvvəlcədən maye insektisid tökdüyü yoqurtu onlara yedizdirib. Uşaqlar onun gözləri qarşısında ölüb. Kişi intihar etmək istəsə də, mümkün olmayıb. Qatil ata polis tərəfindən saxlanılıb.
Onu 60 ilə qədər həbs gözləyir.