natiq
"Ata gələndə uşaq ayağa durmursa, onu didərəm" - VİDEO

"Özünü mənə oxşadanlar var. Onlar nağaraçalan, ritm deyil. Sən ən azı 1 saat yarım konsert verməlisən. Onlar rəqqaslarıdır, əlində nağara. Onlar haqsız yerə pul qazananlardır". 

Bu sözləri Xalq artisti Natiq Şirinov "Günün sədası" proqramında deyib. "Natiq" ritm qrupunun rəhbəri hazırda olan nağara ifaçılarını tənqid edib: "Biz kos nağara çalanlarıq. Xalqımız ayılsın, onlar dilənçidir. Dilənirlər. Nağara sənətinə böyük zərbədir. Giley deyil, həqiqətdir. Çox pis vəziyyətlər yaranır. Xalqa deyirəm ki, toylarınıza gətirəndə, bilin kimi gətirirsiniz. Düzgün adam seçin. Zurna ifaçıları xaric çalır. Millət də bunu qəbul edir. Belə musiqiçilər, yalandan yer alıblar".  

N.Şirinov türk mahnısı oxuyan ifaçıları da tənqid edib: "Dünyanın bir çox müğənnisini tanıyırıq: Murad Boz, Sibel Can, İbrahim Tatlısəs. Amma görün Türkiyədə azərbaycanlı oxuyanı tanıyırlar? Tanımırlar, yoxdur. Bu, bizim günahımızdır. İndi klarnet ifaçılarımız da türk tərzində ifa edir". 

Musiqiçi uşaqlıqda atası tərəfindən döyüldüyünü etiraf edərək, bunları əlavə edib: "Şillə böyüklərimizdən getdi. Atam biz səhv edəndə şillə vururdu. İndi deyirlər, uşağı döymə. Xarici tərzə keçiblər, uşağı vuranda deyirlər, məhkəməyə ver. Oğlum Ümidi bilirsiniz nə qədər əziyyət vermişəm? Deyirlər, vurmaqla uşaq böyüdərlər? Lazım olanda hə. Əgər uşaq narkotik aludəçisi olarsa, onu döymək nədir, didərəm. Ata gələndə uşaq ayağa durmursa, onu didərəm. O demək deyil, vəhşiyəm... Yox, bilirsiniz nə qədər kövrəyəm? Efirə baxırıq, yemək bişirir, qazan götürmək, lazımsız söhbət. Bunları yığışdırmaq lazımdır. Efir mədəniyyəti, siyasəti, idmanı təbliğ edir. Nə yemək bişirirsən mənə nə? Yemək bişirə bilmirsiniz? Get evində bişir. Mədəniyyət aş, dolma, salat olub. Camaatın başını bu şeylərlə aldatmaq olmaz. O dünyada cavab verəcəksiniz".

 

17.11.2022 22:00
show 657