63e3b6ae709fa202302235022
Ata dağıntılar altında qalan körpəsini xilas etmək üçün qolunu kəsdirdi

Türkiyədə dəhşətli zəlzələdən sonra ölənlərin sayı getdikcə artır. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin ən çox dağıtdığı Hatayda daha bir dəhşətli an yaşanıb. 

Dağıntılar altında qalan ata beton plitələrə ilişən qolunun kəsilməsini istəyib.

O, plitənin altında sağ qalmış körpəsinin həyatını başqa cür xilas etməyin mümkün olmadığı üçün bu qərarı verib. 

Bu xəbəri hadisə yerində olan kinoaktyor sosial şəbəkə hesabında paylaşıb.

08.02.2023 18:49
show 1851