642004d1953c8202303233945
Ata Abdullayevlə Vüqar Səfərli həbsxanada DAVA ETDİ

Hazırda həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli ilə videobloqer Ata Abdullayev arasında həbsxanada mübahisə yaranıb.  

Qlobal.net xəbər verir ki, mübahisəyə səbəb Ata Abdullayevin Vüqar Səfərlinin və sabiq şöbə müdiri Əli Həsənovun ünvanına söylədiyi tənqidi fikirləri olub.  

Vüqar Səfərli isə Ata Abdullayevə cavabında ağır sözlər səsləndirib.  

Tərəflərin mübahisəsini görən digər məhbuslar onları bir-birindən kənarlaşdırıb. (demokrat.az)

26.03.2023 12:39
1057