Dünya

Ata 4 yaşlı qızını divara çırpdı – Həbsxanada QANDONDURAN CİNAYƏT

Türkiyənin Bolu şəhərində adam öldürməyə cəhd ittihamı ilə həbsdə olan məhkum açıq görüş zamanı 4 yaşlı qızına hücum edib. 

Qlobal.net Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Boludakı Qapalı Cəzaçəkmə Müəssisəsində baş verib.

Həmin müəssisədə həbsdə olan Hakan K. boşanma ərəfəsində olduğu həyat yoldaşı və 4 yaşlı qızının görüşünə çıxıb.

Görüş zamanı ər-arvad arasında mübahisə yaranıb və Hakan K. qəflətən qızına hücum edib, onu divara çırpıb. Azyaşlı qız ağır xəsarət alıb. Hadisəyə dərhal müdaxilə edən cəzaçəkmə müəssisəsinin mühafizə əməkdaşları Hakan K.-nı zərərsizləşdiriblər.

Uşaq dərhal çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu və reanimasiya şöbəsində müalicəsinin davam etdiyini bildiriblər.

Hadisədən sonra məhkum təkadamlıq kameraya yerləşdirilib. Onun barəsində cinayət işi açılıb.

Related Articles

Leave a Reply

Back to top button