65940110e9456202401242656
Astroloqdan 2024-cü illə bağlı PROQNOZ: Nələr vəd edilir? - VİDEO

2024-cü ilin gəlişinə saatlar qalıb. Qarşıdan gələn il isə Yaşıl Əjdaha ilidir. Əjdaha ili dünyaya və ölkəmizə nələr vəd edir? Hansı bürclər üçün uğurlu olacaq?

Qlobal.net Xəzər TV-yə istinadən bildirir ki, yola saldığımız Dovşan ili geridə qalır. 2024-cü il isə Yaşıl Əjdaha olacaq. Əjdaha Çin zodiak dairəsinin yeganə mifik iştirakçısıdır və onun himayəsində olan il həmişə sürprizlər, fantastik təsadüflər və taleyin dönüşləri ilə zəngindir.

Əjdaha müdrikliyi, alicənablığı və səxavətliliyi özündə ehtiva  edir.

Mövzu ilə bağlı danışan astroloq Məryəm Teymur 2024-cü ilin böyük dəyişikliklərlə yadda qalacağını deyib.

O bildirib ki, əjdaha fəaliyyətdə müvəffəqiyyətin, güc və enerjinin, müdrikliyin simvolu kimi qəbul olunur.

Məryəm Teymurun fikrincə, Əjdaha ili özündən əvvəlki iki ildə yığılıb qalmış problemləri, münaqişələri və dağıntıları nizamlamağa xidmət edir. Əjdaha ili fürsətlər ili kimi də qiymətləndirilir.

Astrloq bu il üçün uğurlu olacaq bürclərdən də danışıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

02.01.2024 16:25
show 2221