04.03.2021
20:49
372

ASALA-nı yaradan Ana Partiya “Daşnaksütyun”– Bakıdakı havadarları - ADLAR

Loading...

1981-ci il martın 4-də Fransanın paytaxtı Parisdə dəhşətli hadisə yaşandı.

ASALA terror quplaşması 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" hayıfını növbəti dəfə türk diplomatlarından çıxmaq qərarına gəlir.

Pusquda duran “ASALA”nın nümayəndələrindən İki terrorçu Parisdə Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşe Rəşad Moraliyə, dini işlər üzrə məsul şəxs Təssəli Ariyə və "Anadolu Bank"ın nümayəndəsi İlkay Qaraqoça atəş açır.  Birinci güllə Təssəli Ariyə dəyir və o, ağır yaralanır. O, hadisədən bir gün sonra Paris xəstəxanalarının birində həyatını itirir.

Morali və Qaraqoç isə qaçmağa cəhd göstərir. Morali tez qaçaraq yaxınlıqda olan  kafelərin birində gizlənmək istəyir, lakin kafenin  sahibi onu küçəyə itələyir. Morali kafedən çıxan kimi terrorçu gülləsinə tuş gəlir. Qaraqoç isə hadisə yerindən qaçmağa müvəffəq olduğu üçün sağ qalır. Qanlı hadisəni törədən terrorçular hadisə yerindən qaça bilirlər.  
 

Hadisədən sonra ASALA-dan olan "şahan Natali" qrupu törədilən qanlı hadisəyə görə məsuliyyəti öz üzərinə götürür.


Bu, dünyada ASALA terror təşkilatının türk vətəndaşlarına əsasən də diplomatlarına qarşı törədilən nə ilk, nə də son hadisə idi.

Rəsmi olaraq qruplaşmanın yaradılması 1975-ci il göstərilsə də, artıq onlar 1973-cü ildən başlayaraq türk diplomatlarının qətllərini həyata keçirməyə başlayıblar. İlk olaraq, 1973-cü ildə Qurgen Yanikyan adlı erməni Los-Ancelesdə Türkiyənin baş konsulu Mehmet Baydarı və konsul Bahadur Demiri öldürüb. O gündən başlayaraq onsuz da dünyaya seperatçı, terrorist kimi tanınan ermənilər qollarını çırmalayaraq, öz məkrli planlarını həyata keçirməyə başlayır.
 

MÖVZU İLƏ BAĞLI:

“Bu gün də daşnaklarla çalışan azərbaycanlılar var” – Politoloqdan şok açıqlama


1975-ci ildə Vyanada Türk səfirini qətlə yetirilməsi, elə həmin ildə Parisdə digər türk səfirirnin öldürülməsi ermənilərin revanşist fikirlərini çılpaq şəkildə sərgiləyir.

Bu qətllərdən 2 il sonra 1977- cil ildə Vatikanda Roma Papasının xidmət etdiyi Kafedral Kilsədə Türkiyənin səfiri Taha Kərim özünün iqamətgahı qarşısında iki terrorçu tərəfindən qətlə yetirilir.

"Erməni xalqının soyqırımına görə ədalət" qrupu (CSAQ) Beyrutda informasiya agentliyinə zəng edərək hücuma görə məsuliyyəti öz üzərinə götürüb.


ASALA bir neçə dəfə Azərbaycan ərazilərində qanlı terror aktları törətdikləri məlumdur. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulur. Nəticədə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini, millət vəkili Z.Hacıyev, Dövlət müşaviri, millət vəkili M.Əsədov, Baş prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov, V.Məmmədov və digərləri faciəvi şəkildə həlak olurlar.

ASALA başda olmaqla, erməni terror təşkilatlarının əsas hədəflərindən biri olan Bakıda bir sıra qanlı cinayətlər, terror aktları törədiblər.

Belə ki, 1994-cü il martın 19-da Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında törətdikləri terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həmin il iyulun 3-də yenə Bakı Metropoliteninin “28 May” - “Gənclik” stansiyaları arasında elektrik qatarında törədilən partlayış nəticəsində isə 13 nəfər həlak olub, 42 nəfər xəsarəti alıb.

Partiyanın ən əsas, qəddar terroristlərindən məşhuru Monte Melkonyan Ermənistanın milli qəhrəmanıdır. Ermənistan dünyada bəlkə də yeganə dövlətdir ki, terrorizm orada günah yox, dövlət səviyyəsində sayılan siyasətdir.
 

Bu qətlləri, ixtişaşları, mülki əmlaka ziyan vurma hallarını saymaqla bitməz. Öz fəaliyyət tarixini 1988-ci ildə bitirən ASALA-nın nümayəndələri dünyada hazırda da öz terrorist fəalyyətlərini davam etdirir.


Bir məsələni də qeyd edək ki, məhz ASALA terror qruplaşmasının ideoloji ilhamı “Daşnaksütyun” olub.  Bu terror qruplaşması “Daşnaksütyun”un tərkibində yaranıb və azərbaycanlılara qarşı soyqırım həyata keçirib.

“Daşnaksütyun” ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biridir. 
Hamıya bəllidir ki, bu təşkilat dünyada terror təşkilatı sayılır.  Onlar illərlə türk, azərbaycan millətlərinə, siyasətçilərinə qarşı ixtişaşlar və qətillər törədiblər.

Hazırda isə bu partiya haqqında daha bir fakt üzə çıxıb. “Daşnaksütyun” dünyada yaşayan  türk, azərbaycan siyasətçi və ictimai fəallara fiziki təsir göstərərək, onları ələ alır və bununla da onlara özlərinə düşmən saydıqları ölkələrdə təxribatlar törədirlər.

“Daşnaksütyun” partiyası bir sözlə təxribatçı siyasətini, ideologiyasını həyata keçirməyə davam edir. 

İddialara görə Azərbaycanda bir çox “Daşnaksütyun” tərəfindən “verbovka” olunan insanlar var və onlar  bu gün də  qara əməllərini törədərək birbaşa erməni təşkilatlarına çalışırlar. Verilən məlumatlara və faktlara görə Azərbaycanda daşnak təhlükəsi var, “Daşnakstüyun”un təsiri altında olan adamların əli ilə ölkəmizdə müxtəlif xəyanətlər həyata keçirilir.
 

İddialara görə 44 günlük Vətən müharibəsi zamanı onlar müxtəlif sahələrdə fəaliyyət göstərərək, bəziləri öz kimliklərini ifşa ediblər.


Hətta bəzi siyasətçilərin iddialarına görə, onlar bəzi azərbaycanlılardan şantaj, hədə və müxtəlif şirnikləşdirmə üsulları ilə öz məqsədlərinə çatmaq naminə istifadə edirlər. Bu cür faktlar Avropada, Amerikada, Rusiyada və Ukraynada ortaya çıxıb.

Bizim.Media saytında “Daşnaksütyunu”un Azərbaycana qarşı fəaliyyəti və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan şəxslər haqqında çıxan silsilə yazılarda, zamanla bu insanların kimliklərinin açıqlayacağını da söz vermişik.

İddialara görə “Daşnaksütyunu”n “verbovka” etdiyi insanlardan vaxtilə ölkədə ən səlahiyyətli insan olan, bütün mətbuatı əlinə alıb, onu istədiyi kimi idarə edən, haqqı söyləməyə çalışan insanlara “reket jurnalist” damğasını vurub, mətbuatdan sürgün edən Əli Həsənov olub.

Mövzunun davamını gözləyin!

Vüsalə Balayeva, Bizim.Media

Loading...