Arzuxanımın keçmiş sevgilisindən ŞOK AÇIQLAMA: Hər ay məndən 20 min pul alırdı…

Müğənni Arzuxanımın keçmiş sevgilisi Savalan Cəfərov mətbuata açıqlaması müzakirələrə səbəb olub.
Qlobal.net xəbər verir ki, Cəfərov Arzuxanımla aralarındakı münasibətə və müğənninin onun haqqında səsləndirdiyi iddialara aydınlıq gətirib.
“Xanım mənim yanımda olub. 2022-ci il oktyabrın 25-də mən bu xanımdan ayrılmışam. Bütün əlaqələrimi kəsmişəm. 2024-cü ilin yanvar-fevral aylarında münasibətlərimiz soyudu, mənə xəyanət etdi. Başqa biri ilə qaçmışdı. Ondan sonra onunla əlaqə saxlamadım, axtarmadım da. Mən Almaniyadan heç bir dərman gətirməmişəm, ona verməmişəm. Oktyabrdan sonra onunla heç bir əlaqəm olmayıb. Mən tərəfdən ona heç bir təzyiq yoxdu. Onun dedikləri hamısı yalandı. Ayda məndən 15-20 min pul alıb xərcləyirdi. Görür ki, indi başqa xanımla birlikdəyəm, məni şərləmək istəyir. Özünün narkotik məsələsini kiminsə üstünə yıxmaq istəyir. O mənə xəyanət etməmişdən əvvəl ona maşın almışdım. Maşını satdı, pulunu da qoydu cibinə. 50 min manat borc istədi məndən, indi də qaytarmayıb. Çantasında bir neçə dəfə “Kazbek” siqareti görmüşdüm. Soruşdum, dedi xoşum gəlir, çəkirəm. Qaçdığı oğlanın da başına gəlməyən iş qalmadı.Oğlan da axırda özündə güc tapdı, onun əlindən qaçdı. Bir neçə dəfə psixaterapevtin yanına aparmışam, deyib ki, şizofrendir”.
Посмотреть эту публикацию в Instagram