65e608eb32368202403244619
Xanımınızı bu tarixdə təbrik etməyin, yoxsa... - “8 mart”la bağlı kişilərə XƏBƏRDARLIQ

“Bəzi xanımlar bu məsələdə bir qədər təşvişə düşürlər. İndidən mənə yazanlar var ki, o məni 7-si  təbrik eləsə, deməli həyatında kimsə var. Təbii ki, bunu deyən xanımlar ailəli, övlad anası olan xanımlardır. Onların üzərində daim bir qorxu hökm sürür”.

Bu sözləri psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a açıqlamasında bildirib. Qeyd edib ki, xanımlar bu məsələlərdə xüsusən narahat olurlar: “Həmişə bu suallarla yaşayırlar ki, görəsən o təkcə mənim yanımdadır, məni sevir ya yox. Bəzən də rəfiqələr arasında qadını təşvişə salan fikirlər olur. Deyirlər ki, yoldaşının təkcə sənin yanında olduğunu və sadəcə səni sevdiyini bilmək istəyirsənsə, o zaman səni martın 8-i təbrik edəcək. İnsan psixologiyasını bilməyən kəslər belə tövsiyələrlə qarşılarındakı adamlarda itirmək qorxusunu yaradırlar. Ər çox gözəl bilir ki, onun xanımının nəyə ehtiyacı var. Sadəcə olaraq, bunu alt şüurunda saxlayır və ona məhz istədiyi bir şeyi hədiyyə edir. Analar isə övladlarından hədiyyə yox, diqqət gözləyirlər. Övlad anasını martın 6-da təbrik etsə belə, ana sevinəcək ki, övladım məni hamıdan öncə sayır. Bütün bu düşüncələrin hamısı qadınlara məxsusdur. Onların bir-birindən status fərqi olduğuna görə, analar bu məsələyə yanaşması bir qədər fərqlidir, gənc qızlar daha fərqli yanaşırlar, qadınlar isə bir başqa cür”.

Ekspert bildirir ki, hər kəs öz cibinə uyğun hədiyyə seçir: “Fərqli yanaşma tərzlərinin olması hədiyyə seçimlərini də bir-birindən ayırır. Hər kəs həyatında olan qadını tanıdığı üçün özü ona nə hədiyyə etmək lazım olduğunu bilir. Bu səbəbdən hamıya eyni qaydanı qoymaq doğru deyil ki, sən mütləq bu hədiyyəni almalısan. Təbiidir ki, hər kəs eyni zamanda öz cibinə uyğun olaraq hərəkət edir”.

08.03.2024 00:26
show 569