Türkiyənin Şırnak əyalətində dəhşətli ailə faciəsi baş verib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Həsən Karaaslan adlı şəxs gecə saatlarıında arvadını və 3 qızını evdə yatarkən ov tüfəngi ilə başından vuraraq öldürüb.
Karaaslan daha sonra polisə əlindəki silahla polisə gedib, təslim olub. Hadisə yerinə gedən polis qrupları 4 nəfərin cansız bədəni ilə qarşılaşıb.
Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır.