Arvadını və körpəsini öldürən Fərid həbs edilmədi
Qobuda 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı
qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli barəsində həbslə bağlı
olmayan qətimkan tədbiri seçilib.Qlobal.net “Qafqazinfo”-ya istinadən xəbər verir ki, F.Hüseynli vəziyyətinin ağır olması ilə bağlı həbs edilməyib.
Onun müalicəsi xəstəxanada davam edir.
Qeyd edək ki, hadisə iyunun 20-si Abşeron rayonu Qobu qəsəbəsində qeydə alınıb.
30
yaşlı Fərid Hüseynli yaşadıqları evdə 20 yaşlı arvadı Hüseyinli Leyla
Əlişan qızı və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, daha
sonra intihar etmək məqsədilə özünə xəsarət yetirib.
Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.