64c63640dfb71202307230656
Arvadını "İnstagram"da yazışanda tutdu, anasına danışıb... - Bakıdakı qətlin təfərrüat - FOTO

Bakıda arvadını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Ehtibar Qasımovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Suraxanı rayonunun Əmircan qəsəbəsində 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Ehtibar Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə dindirilmiş Ehtibar Qasımov ifadəsində bildirib ki, arvadı Fəridə Qasımova anasının xalası nəvəsi olub. Nigahdan iki övladları dünyaya gəlib. Hadisə baş verən ünvan atasına məxsusdu. Ümumi həyətdə öz ailəsindən savayi valideynləri və qardaşı yaşayıb. Yoldaşının şəxsi mobil telefonu olmadığından sosial şəbəkələrə onu telefonundan daxil olub. 

Yanvarın 29-da işdən evə gəlib telefonu qonaq otağından masanın üzərinə qoyub və bir neçə saatdan sonra uşaqların otağına keçərək uzanıb. 

Təxminən gecə saat 1 radələrində arvadının güldüyünü eşidib tez yataq otağına girib. Fəridə onu görən kimi telefonu gizlədib. Kiminlə danışdığını soruşanda mahnıya qulaq asdığını deyib. Cəld adiyalın altından telefonu çıxarıb baxanda "İnstagram"da Seyfəlov adlı profildəki şəxslə söhbət etdiyini görüb. Telefonu əlindən alamağa çalışanda yumruq və təpiklə arvadının üzünə və çiyninə zərbələr vurub. 

Səhər Fəridənin anası Tərgül Əcəmovanı evə çağırıb onunla söhbət edib. O, qayınatasının gəlməsini tələb etdikdə qayınanası yalvarıb xahiş edib ki, əri bu söhbəti bilməsin. Amma o, bu məsələni mütləq atası və qayınatasına danışacağını deyib. 

Fəridə ilə oğlanın yazışmalarını və şəkillərini göstərdik də, Tərgül Əcəmova qızına şillə vurub. Son iki gündə Fəridənin "İnstagram" hesabına mesajlar daxil olub. Amma arvadı kodu söyləmədiyi üçün ismarıcları oxuya bilməyib. 

Ehtibar Qasımov bildirib ki, fevralın 1-də işdən evə qayıdandan atası ilə qardaşı evdə olmayıb. Anası qardaşı arvadı və nəvələri ilə özlərinə məxsus yaşayış sahəsində olublar. Qonaq otağında yenə "İnstagram" hesabının kodu ilə bağlı yaranan mübahisə zamanı Fəridənin döyüb. Mətbəxə keçib bıçaq götürəndə arvadı qorxub həyətə qaçıb. Fəridəyə çatan kimi zərbələr endirməyə başlayıb. İkinci zərbədən sonra qadının səsi kəsilib. Anasına Fəridəni bıçaqladığını bildirib. Təxminən 10 dəqiqədən sonra atası evə gəlib. Həyətdə ağacın altında uzanıb qalan Fəridəni qonaq otağına gətiriblər. Atası təcili tibbi yarıdma və polis bölməsinə zəng edib. Polis əməkdaşları gəldikdən sonra könüllü təslim olub. 

Ehtibar Qasımov əlavə edib ki, uşaqlar hadisəni və analarının meyitini görməyiblər. Sosial şəbəkədə arvadının yazışdığı şəxsi tanımır.

Zərərçəkmiş şəxsin hüquqi varisi Tərgül Əcəmova ifadəsində göstərib ki, Fəridə xasiyyətcə tərbiyəli və ailəsinə bağlı qız olub. Hətta ata evndə olanda belə mobil telefon işlətməyib. 

Yanvarın 30-da qızı ilə danımaq üçün Ehtibar gilin ev nömrəsinə zəng edəndə telefonu göterən kürəkəni ondan yoldaşının evdə olub olmadığını soruşub. O, ərinin işdə olduğunu söyləyəndə Egtibar onlara gəlməsini xahiş edib. Yaşadıqları evlər arasındas təxminən 100 metr məsafə olduğundan piyada onlara gedib. Masa arxasında əyləşəndə Ehtibar mobil telefonu qarşısına qoyub "gör qızın nə hərəkətlər edir, musiqi dinləmək adı ilə oğlanlarla yazışır" deyib. Qulaq asanda musiqi səsi yüksək olduğundan sözləri aydın eşidə bilməyib. Qızını danlayıb telefondakı səsin onun olub olmadığını soruşanda Fəridə bunu inkar edib. Kürəkəninə bu məsələni araşdırmasını, bəlkə kiminsə ailələrini dağıtmaq istədiyini deyərək çıxıb gedib. Səhərsi gün onların ev telefonlarına zəng etsədə cavab verən olmayıb.  

Fevralın 1-də Ehtibar gilə gələndə qızını həyətdə yerdə uzanıqlı vəziyyətdə görüb. Adiyal gətirərək qudası ilə köməkləşib qana bulaşmış Fəridəni qonaq otağına aparıblar. Təcili yardım işçiləri gəlib artıq öldüyünü bildiriblər. 

Tərgül Əcəmova qeyd edib ki, Fəridə açıq-saçıq geyimdəyini üçün bədənində döylümə işləri nin olub olmadığını görməyib. Qızı evlərində baş verən mübahisələrlə bağlı ona heçnə danışmayıb. 

Məhkəmə iclasında Ehtibar Qasımov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi  təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Ehtibar Qasımov 10 il 6 ay müdətinə azadlıqdan məhrum olunub. (ölkə.az)

30.07.2023 14:06
show 1489