Cəmiyyət

Arvadını evə yığışdıra bilmirdi, qaçıb gedirdi – Kürdəmirdəki qətlin TƏFƏRRÜATI

İyunun 28-də Kürdəmirdə baş verən qətlin təfərrüatı məlum olub.

Qlobal.net xəbər verir ki, 40 yaşlı Elşən Abdulov həyat yoldaşı Samirə Abdulovanın boğazındakı şah damarını kəsərək qətlə yetirib.

S. Abdulovanın anası bildirib ki, hadisə ilə bağlı onlara nəvəsi zəng edib və bildirib ki, atası anasının başını kəsib.

“Ərinə deyib ki, sənlə yaşamaq istəmirəm. Qızımla Bakıda yaşayacam. Sərbəst yaşamaq istəyirəm. 3 ildir ailələrinəd problem yaranıb. Bir neçə dəfə polisə düşüblər. Qızım da qısqanc idi. Hadisə də qısqanclıq səbəbindən baş verib”.

Elşən Abdulovun anası güləbatın Abdulov isə bildirib ki, gəlin evdən qaçıb gedirdi, oğlum yığışdıra bilmirdi.

“Deyirdi gəl otur yanımda, deyirdi ki, gedirəm Bakıya. Təzə gəlmişdi Bakıdan. Oğlum dedi 3 uşağımız var, otur evdə. Dedi mən sərbəstlik istəyirəm. 17 il idi evli idilər. Balama yazıq oldu”.

Qeyd edək ki, Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от @baku.ws_official

Related Articles

Bir cavab yazın

Back to top button