65f3e911b56da202403242209
Aparıcı Xoşqədəmi, Laləni, Zauru yıxdı-sürüdü: “Dörd kişiyə qaçan qadını...”

Aparıcı Amil Xəlil tənqidi çıxışı ilə diqqət çəkib.

Qlobal.net olay-a istinadən bildirir ki, o, verilişinin izlənməməsindən gileylənib.

"Zəfər günündə iki həftə qaziləri topladım buraya. Mən niyə 450-ci veriliş oldum o zaman? 421-ə düşmüşdüm. Niyə baxmadınız? İndi də mən tələb edirəm. Getdiniz Xoşqədəmə, Zaura, Lalə Azərtaşa baxdınız. Mən boşluq oldum, onlar oldular birinci, ikinci. Burada rüsvayçılığın pik nöqtəsini edərəm. Böyük mübahisə yaradaram. Onlardan betərini edərəm. Axı etmədim. Arvadını başa kişiylə tutanı çıxarmadım. 4 kişiyə qaçan qadını çıxarmadım. Bunların heç birini etməmişəm", - deyə, Xəlil söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran "Bizimləsən", "Elgizlə izlə", "Səni axtarıram", "Həmin Zaur", "Gəl danış", "Yaxşılığa doğru", "Təsir dairəsi" kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.


15.03.2024 10:31
show 6369