Şou-biznes aləmində bir çox qalmaqallı hadisələr baş verib.
Bir-biri ilə dalaşanlar, söz atanlar, polisə düşənlər…Qlobal.net xəbər
verir ki, maqazin aləminin ən qalmaqallı hadisələrindən biri də xəyanət
məsələləridir.
Belə ki, şou-biznes nümayəndləri arasında bir çoxu xəyanət üstündə
boşanıb. Bunların sırasında özü xəyanət etdiyi üçün ilk ailəsindən
ayrılmalı olan və yenidən evlənən aktyor Fərda Xudaverdiyev də var.
Xəyanətə görə ailəsini dağıdan şou-biznes nümayəndələrindən biri də müğənni Lətifə Soyuözdür. 2016-cı
ildə ayrılan Dəniz Lətifə Soyuöz cütlüyünün Arif adı bir övladları da
var. Müğənni özü etiraf edib ki, boşandıqdan sonra ərinin ona birlikdə
xəyanət etdiyi qadının kimliyini sadəcə maraq üçün tapıb.
Uzun müddət səhnədən uzaqlaşdıqdan sonra 2017-ci ildə yenidən sənətə qayıdan müğənni Zahidə Günəş dəhəyatının
çətin mərhələsini məhz xəyanətə görə yaşamışdı. Z.Günəş “Mənim ailəm
xəyanətə görə dağıldı. Özü də elə bir xəyanət ki, gülə-gülə, gözümün
içinə baxa-baxa”- deyərək, özü də xəyanətlə qarşılaşdığını etiraf edib.
Çılpaq fotoları ilə tanınan Afaq Aslan isə xəyanətlə
qarşılaşmaqla yanaşı, buna görə bətnindəki övladdan da imtina etməli
olub: “Həyat yoldaşımın mənə xəyanət etdiyini öyrəndim. Bir xanım
mənimlə görüşdü və gətirdiyi uşağın həyat yoldaşımdan olduğunu dedi.
Uşaq da ərimə çox bənzəyirdi. Mən də hamilə idim, istəmədim o uşağı.
Qısqandım və aqressivləşdim. Ərimdən xəbərsiz uşağı abort etdirdim. Ona
da dedim, sən artıq atasan, neynirsən bu uşağı?! Beləcə, boşandıq”.
Əməkdar artist Lalə Məmmədovanın da ailəsinin dağılmasına səbəb xəyanət
olub. Müğənninin sözlərinə görə, əslində boşanmalarını tezləşdirən bir
çox faktor olub, ən birincisi isə xəyanətdir.
Bu günlərdə gündəmdən düşməyən müğənni Afət Fərmanqızı isə
ərini ona xəyanət edərkən tutub. Bu barədə özü “İnstaqram” hesabından
11 ilini verdiyi, sənətini qurban etdiyi insandan xəyanət gördüyünü,
buna görə də kişilərə inamı qalmadığını yazmışdı.
Xalq artisti, Azərbaycan səhnəsinin Divası Aygün Kazımova da
xəyanətdən siğortalana bilməyib. Bir ay bunda öncə qonaq olduğu “5-də
5” verilişində Diva vaxtı ilə xəyanətlə üzləşdiyini, hətta buna görə
intihar həddinə çatdığını etiraf etmişdi.
Müğənni Şəhla Həmidovaya isə həyat yoldaşı həm xəyanət
edib, həm də maddi ziyan vurub: “Ona çox dözdüm. Məndən borc istədi, mən
də qohumlarımdan alıb verdim. İşlərini qaydasına qoyub qaytaracağını
bildirdi. Sonra o pulun da axırına çıxdı. Az qalmışdı ki, mənim də
axırıma çıxsın. Dava-dalaşı keçmək olardı, amma sonradan qulağıma gəldi
ki, mənə xəyanət edir. Buna görə də boşandım”.
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da
gənc arvadının xəyanətinə uğrayan məşhurlardandır. 61 yaşlı oliqarx
boşadığı gənc arvadı Tatyana Əhmədovanı çoxsaylı eşq xəyanətlərində,
həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə, ittiham etmişdi.
Təbii ki, xəyanət üstündə boşanıb, sonradan barışanların sayı elə də çox deyil. Yerli məşhurlarımız arasında bilinən sadəcə Musa Musayevlə Təranə Qumral cütlüyüdür.
M.Musayev həyat yoldaşını yataqda başqa kişi ilə tutduğunu deyib, ondan
boşanmışdı. “Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi
ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları
öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq
istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis
Bölməsinə şikayət edib”, – deyə açıqlama verən M.Musayevin sözləri yerli
mediada yetərincə qalmaqala səbəb olmuşdu. İndilərdə cütlük yenidən
barışıb və həyatlarına heç nə olmamış kimi davam edirlər.
Xalq artisti Rafael Dadaşov da öz həyat yoldaşından xəyanət görmüşdü, o da daha sonra onu bağışlamışdı.