63dbcdd8d9490202302235104

“Arvadım mənim yerimə “söhbətə getmək” istədi” - Əməkdar artist (VİDEO)

Əməkdar artist Cavanşir Məmmədov həyat yoldaşı Xalidə xanım haqda fikirləri ilə gündəmə gəlib.

Qlobal.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Günün sədası" verilişində danışıb. O, xanımının onun yerinə "söhbətə getmək" istədiyini bildirib:

"Bir məsələ olmuşdu, dələduz adam mənə ilişmişdi. Mən də onunla məsələni "çürütməli" idim. Dedim, Manaf sən də gəl. Birdən orada məni vurarlar, şahidlik edəsiniz ki, necə vurdular... Yoldaşım dedi ki, bu illər ərzində səndən heç nə xahiş etməmişəm. İcazə ver, o adamla haqq-hesabı gedib özüm çəkim. Dedim, nə edəcəksən? Dedi ki, onu vuracam. Sən kənarda dayan, özüm ürəyimdən keçən hərəkəti ona edim, qapını açan kimi vuracam onu. Dedim ki, elə bil ki, vurmusan, qalanı mənlikdir. Bax bunlar elə həyat yoldaşıdır".


02.02.2023 18:50
show 1503