651415de519b8202309234534
Arvadı Vardanyana görə erməniləri “dua etməyə” çağırdı

Sentyabrın 27-də “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Ruben Vardanyan saxlanılıb. Ruben Vardanyanın saxlanılması ilə bağlı onun həyat yoldaşı Veronika Zonabend bəyanat yayıb. 

Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, Zonabend açıqlamasında bildirib ki, əri sentyabrın 27-də səhər saatlarında saxlanılıb: 

“Bu gün səhər, ərim, xeyriyyəçi, iş adamı və keçmiş “dövlət naziri”, Ruben Vartanyan Qarabağı tərk etmək istəyərkən Azərbaycanın hakimiyyət orqanları tərəfindən həbs olunub”. 

Veronika Zonabend hamıdan həyat yoldaşının sərbəst buraxılmasında kömək etməyi xahiş edib. O, erməniləri Ruben üçün dualar etməyə çağırıb.   

27.09.2023 15:45
show 689