Cəmiyyət

Arvadı tutulmasın deyə təcili yardım çağırmadı, evdə can verdi – Hadisəyə səbəb nə olmuşdu?

2022-ci il yanvarın 29-da axşam Elşən işdən evə gələndə Gülnar uşaqlardan birinə dərs keçirmiş. Əri sakit olmalarını tələb edəndə ona uşağa dərs öyrətdiyini bildirib. Buna görə dalaşıblar. Yoldaşı ona əl qaldırıb. Uşağın bəşiyinə də təpik vuraraq sındırıb. Bu hadisədən bir gün sonra, yanvarın 30-u saat 8-də işə gedən Elşən günorta evə qayıdıb. Dişi ağrıdığı üçün əri çarpayıya uzanmaq istəsə də arvadı onu uzanmağa qoymayıb. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməsini tələb edib. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında onu döyüb. Sağ əli ilə boğazından tutub boğub. Get-gedə nəfəsi kəsilib.

Bir anda güclə də olsa Elşənin əlindən çıxıb, qabdan mətbəx bıçağını götürüb. Sol əlində saxladığı bıçaqla Elişənin sinəsinə zərbə endirib. Qan axmağa başlayıb. Əri yerə oturub. Qaçaraq qonşusu Leyli Məmmədovadan “pereks” alıb və onunla birlikdə evə qayıdıb. Leyli sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzadıblar.

Qonşusuna Elişənin bıçaqla özünə xəsarət yetirdiyini bildirib, çünki əri ona deyib ki, kim soruşarsa, “özüm özümü vurmuşam” de. “Bilsələr ki, sən vurmuşsan, polislər səni tutacaq,” deyib. Bundan sonra Leylinin tapşırığı ilə aptekə gedərək lazım olan dərmanları alıb. O vaxta qədər atası, əmisi, həmçinin yoldaşının Azad adlı dostu onlara gəliblər. Elşən bıçağın təsadüfən özünə batdığını bildirsə də, atası ona deyib ki, yalan danışmağın yeri yoxdur, polislərə düzünü söyləyəcək.

Həmin gün atasının, dostunun və digərlərinin təkidi ilə, hadisədən xeyli sonra, saat 15:34-də təcili yardıma ilk zəng edilib. Zəng Elşənin özü tərəfindən edilir. O, təcili yardıma ünvanı deyir və özünün qarın hissəsinə xəsarət yetirdiyini deyir. Təcili yardım briqdası yola çıxır. Lakin 14 dəqiqə sonra Elşən yenidən təcili yardıma zəng vurur. Deyir ki, artıq özünü yaxşı hiss edir, zədəsi ciddi deyil. Təcili yardıma ehtiyac qalmayıb. Həkimlərin artıq yolda olduğu deyilsə də, Elşən bildirir ki, çağırışdan imtina edir və həkimlərin gəlməsini istəmir. Beləliklə təcili yardım briqadası geri dönür. İmtinadan düz bir saat 1 dəqiqə sonra Təcili yardıma ikinci dəfə zəng olunur. Bu dəfə zəngi elə Gülnar edir və Elşənin özünü yaxşı hiss etmədiyini, soyuq tər basdığını, halının dəyişdiyini deyir. Bu zəngdən düz 1 saat 4 dəqiqə sonra Gülnar son dəfə təcili yardıma zəng edir və həkimlərin harada olduğunu soruşur. Təcili yardımdan verilən cavabdan isə eşidirik ki, hələki briqada çıxmayıb və onların ilk çağırışı ləğv etməkləri təcili yardımda işləyən xanım tərəfindən normal qəbul edilmir. Təcili yardımdan cavab verən komutator deyir ki, sifarişi niyə ləğv edirdiniz. Düz iki saat əvvəl yardım gələcəkdi. İndi gözləyin. Həkim boşalan kimi göndərəcəyik. Bunun da nə vaxt olacağını bilmirik. Əlimizdəki mənbədən təcili yardımın saat neçədə gəlməsi barədə məlumat yoxdur, amma sonda təcili yardım gəlir və Elşəni xəstəxanaya aparırlar. Lakin Elşən elə təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir.
Beləliklə Elşən yoldaşını həbsdən qorumağa çalışarkən öz canını qoruya bilmir…

Davamı TV11-də…

Related Articles

Leave a Reply

Back to top button