66ae659da916c202408241509

Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ

Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycan Respublikası vətəndaşı başqa qadınla nikahda ola-ola evlənməyə cəhd edib.

Qlobal.net lent.az-a istinadən bildirir ki, 2022-ci ilin avqustunda azərbaycanlı kişi sevgilisi ilə ailə qurmaq niyyəti ilə Dzerjinsk qeydiyyat şöbəsinə ərizə verib. Eyni zamanda o, subay olması ilə bağlı dövlət qurumuna saxta arayış təqdim edib. Əslində o, 2006-cı ildən Azərbaycanda ailə qurub.

Əcnəbi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayətdə - bilərəkdən saxta sənəddən istifadə etməkdə ittiham olunub. Bu il iyulun 30-da azərbaycanlıya 15 min rubl (təxminən 298 manat) cərimə kəsilib.

Həmin şəxsə qarşı cinayət işinə xitam verilib.

03.08.2024 21:20
show 2488