65277bf41947c202310235412
Arvadı boşanmaq istədiyi üçün kişi görün nə etdi - Məhəllə sakinlərini ayağa qaldırdı

Esenyurd şəhərdində dəhşətli hadisə baş verib. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir kişi ondan boşanmaq istəyən arvadının qaldığı ata evinin şüşələrini daş ataraq sındırıb.

Əri tərəfindən zorakılığa məruz qalan Esra E. adlı qadın qorxusundan işə belə gedə bilmədiyini deyərək, lazımı qurumlardan şəxsləri köməyə çağırıb.

Hadisə ilə bağı məlumatda qeyd edilib ki, Şiddətə məruz qaldığı üçün ərindən boşanmaq istəyən Esra E. ailəsinin evində yaşamağa başlayıb. Gecə avtomobili ilə küçəyə gələn Serhat E. həyat yoldaşının qaldığı evə daşla hücum edib.

Serhat E.-nin atdığı daşlar evin şüşələrini sındırıb. Serhat E. maşınına tərəf qaçaraq uzun müddət avtomobilin siqnalını çalaraq məhəllə sakinlərini narahat edib. Həyat yoldaşı Esra E.-yə qışqıraraq təhqir edən Serhat E. maşınına minərək hadisə yerini tərk edib. Baş verənlər ətrfdakılar tərəfindən mobil telefonla lentə alınıb. 

12.10.2023 08:53
show 556