642ac49e492ee202304232046

Arvadı Bakıda işləyən məşhur türk iş adamını məhkəməyə verdi

Bakıda "Mustafa Tayat” mağazalar şəbəkəsinin sahibi olan tanınmış türk iş adamı Mustafa Tayat məhkəməyə verilib. 
Qlobal.net
xəbər verir ki, iddiaçı Tayat Suzana Heydərovnadır. 
Suzana Tayatın iş adamının xanımı olduğu bildirilir. O, Mustafa Tayatla yanaşı Tanyıldız Ahmet Abdullah adlı şəxsi də cavabdeh qismində göstərib.
Birinci instansiya məhkəməsi Suzana Tayatın iddiasını təmin etməyib. Bu baxımdan, o apellyasiya şikayəti verib.  

Onun şikayəti Bakı Apellyasiya Məhkəməsində Fərrux Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılacaq. İşin mahiyyəti mənzil mübahisələrindən ibarətdir. 
Mustafa Tayat Azərbaycana 2008-ci ildə gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi qurub. 2020-ci ildə Dövlət Miqrasiya Xidməti Mustafa Tayatın Azərbaycanda yaşamasına icazə verməyib. (Qaynarinfo)
03.04.2023 16:20
show 318