6514396b4b0ce202309231715
"Arvadım azərbaycanlıdır, atam isə Sumqayıtın deputatı olub" - Ermənidən ŞOK AÇIQLAMA (VİDEO)

"Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən erməni sakinlərdən biri ilə azərbaycanlı jurnalistin dialoqu diqqət çəkib. 

Əsgəran rayonunu könüllü tərk edən erməni  APA TV-nin müxbirinin sualını cavablandırıb. Onun açıqlaması marağa səbəb olub:

"Anam ölüb, onu basdırmağa gəlmişəm. Bir ildir ki, burada yaşayırdım. Anamın 90 yaşı var idi. Ona baxmağa gəlmişdim. Əsgəran rayonundan gəlirəm. Özüm Sumqayıtda anadan olmuşam. Demək istəmirdim yoldaşım azərbaycanlıdır. Həyat yoldaşım Cəbrayıl rayonu Dağ Tumas kəndindəndir. Qızımla, yoldaşım Ukraynada yaşayırdı. Müharibəyə görə, indi Almaniyaya qaçıblar. Sumqayıtda qarajda işləmişəm, atam Sumqayıtın deputatı olub. Onun da hörməti olub". 

27.09.2023 18:15
show 2794