Hər münasibət bərabərlik üzərində qurulmur. Çünki münasibətlərdə hər iki tərəf kompromisə getmirsə, bu münaqişənin başlaması ilə nəticələnir.
Bəzi bürclərin kişiləri bu səbəbdən həyat yoldaşlarının fikirlərinə
daha çox əhəmiyyət verir, əksər hallarda onlarla razılaşırlar. Bu bəzən
xanımından qorxmaq həddinə qədər gəlib çatır.
Qlobal.net bizim.media-ya istinadən həyat yoldaşından qorxan kişilərin bürclərini araşdırıb.
Qoç
Doğrudur, qoçlar rəqabətcil və lider olmağa meyilli insanlardır. Lakin
onlar əksər hallarda ailədaxili münaqişənin yaranmasındansa, həyat
yoldaşlarının fikirləri ilə razılaşmağa üstünlük verirlər. Buna görə də
onların dilindən tez-tez "bəli, əzizim, haqlısan" ifadələrini eşidə
bilərik. Onlar bir çox məişət mövzularında yoldaşlarının tələblərinə
ciddi şəkildə əməl edirlər.
Buğa
Buğa bürcünün kişiləri həmişə həyat yoldaşlarının onları daha yaxşı biri
üçün tərk edib-etməyəcəyini düşündükləri üçün daima dərin narahtlıq
hissi keçirirlər. Tərk edilmək qorxusu buğaların həyat yoldaşının hər
istək və ehtiyacını ödəyərək həddindən artıq komrpomisə getmələrinə
səbəb olur. Bu, onları həmişə tərəfdaşlarını dinləyən itaətkar bir
yoldaş edir.
Dolça
Dolçalar çox vaxt öz inanclarında olduqca şərti olurlar. Onlar inanırlar
ki, həyat yoldaşları məişət məsələlərində əsas söz sahibi olmalıdır və
ona görə də evlə bağlı bütün qərarları arvadlarına etibar edirlər.
Beləliklə, ev işlərini görmək və ya həyat yoldaşlarına kömək etmək
məsələsi meydana çıxdıqda, onlar tez-tez göstərişləri dinləyir,
xanımının səlahiyyətli şəxs olduğunu qəbul edirlər.
Tərəzi
Hava əlaməti olaraq Tərəzi mübahisələrdən çəkinmir, lakin xoşbəxt həyat
yoldaşının xoşbəxt həyat demək olduğuna inanırlar. Onlar yalnız sülhü
qorumaq üçün vacib hesab etdikləri şeylərdən imtina edərlər. Çünki onlar
həyat yoldaşları ilə münasibətlərinə komanda yoldaşı prinsipi ilə
yanaşırlar. Buna görə də tərəzi kişiləri ailədə həddən artıq kompromisə
meyil göstərə bilirlər.