65381bf4d5c05202310233308
Marketdən aldığı yumurtadan görün nə çıxdı - FOTO

Ordunun Fatsa rayonunda bir qadın bazardan aldığı yumurtanı sındırarkən içərisində cücə embrionunun çıxdığını görüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığını, cücənin gözlərinin və dimdiyinin embrionda aydın göründüyünü ifadə edən Özlem Çakır: "2 gün əvvəl marketdən yumurta aldım. Tort etmək istədim və yumurtanı sındıranda gördüm ki, içində başqa bir şey var.Əvvəlcə yumurtanın xarab ola biləcəyini düşündüm və araşdıranda başa düşdüm ki, cücə embrionudur. Gördüm ki, dimdiyi və gözləri var" deyib.

24.10.2023 23:32
1321