Maraqlı

Arif Babayev hansı həmkarını son nəfəsində bağışlamışdı?

Bu gün Xalq artisti Arif Babayevin vəfat edib. Xanəndə haqqında olan maraqlı faktları təqdim edirik.

Arif İmran oğlu Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhərinin Sarıhacılı kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib.

Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında, 1966-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.

152221015 3213769072182872 4379432963322192 n 1676883838 Arif Babayev hansı həmkarını son nəfəsində bağışlamışdı?

Erkən yaşda qohumlarının istəyi ilə Ağdamda görüb bəyəndiyi Gültəkin adlı xanımla ailə qurur. Gültəkin xanımın həmin vaxt 18 yaşı varmış, Tibb Universitetinə hazırlaşırmış. Ancaq bir balı çatmadığından imtahandan kəsilir. Arif bəy ona deyir ki, narahat olma, səni özüm oxudacam. Ancaq iş elə gətirir ki, ard-arda onların üç qız, bir oğul övladı dünyaya gəlir və Gültəkin xanım ali təhsil ala bilmir. Sonralar onun bir qızı anasının arzusu ilə həkim olur.

***

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.

218318689 5898648773542343 2573827893822637817 n 1676883874 Arif Babayev hansı həmkarını son nəfəsində bağışlamışdı?

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm, Aşıq Qərib kimi yaddaqalan obrazlar yaradıb.

***

80-ci illərin əvvəlində Arif Babayev öz istəyi ilə teatrdan uzaqlaşıb, filarmoniyaya gedir. Sonralar isə Milli konservatoriyaya müəllim kimi dəvət olunur. Bu barədə o, müsahibələrinin birində deyir:

“Uzun müddət Məcnun oldum, ancaq bir vaxt baxdım ki, artıq hörmət-izzətlə getmək lazımdır. Deyəndə ki operadan getmək istəyirəm, hamı məəttəl qaldı ki, hara gedirsən, niyə gedirsən? Dedim, yox, gedirəm. Artıq mənim gedən yaşımdır, indi cavanların vaxtıdır, yaxşı cavanlarımız var, qoy, onlar gəlsin. 1966-67-ci illərdə gəlmişəm operaya. Operaya gələndə cavan, arıq, hündürboy oğlan idim, indiki kimi deyildim. Elə Məcnuna da oxşayırdım. Neçə-necə Leylilər gördüm. Leylilər çox idi o vaxt, Məcnunlar az. Leylilərimdən biri də Flora Kərimova oldu. Pis oxumadı, öhdəsindən gəldi Flora. Tamaşaçılar da onu sevir axı. Çoxlu əl çaldılar. Asan deyil e, “Leyli və Məcnun”u səhnədə oynamaq”.

332377952 1131137400894811 8094291296950646393 n 1676884078 Arif Babayev hansı həmkarını son nəfəsində bağışlamışdı?

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konservatoriyanın muğam kafedrasının müdiri kimi fəaliyyət göstərib.

***

Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin nümayəndələrindən biridir. Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa etmişdir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur.

***

Arif Babayev ömrünün ən gözəl yaşında doğulub boya-başa çatdığı Ağdamdan uzaq düşür. Ora bir də otuz ildən sonra qayıdır. Müsahibələrinin birində deyir:

12321244 116861675366716 3459491706867235140 n 1676884109 Arif Babayev hansı həmkarını son nəfəsində bağışlamışdı?

“Axırıncı dəfə Sarıcalıda Ağdama gedəndə hönkür-hönkür ağladım. Otuz ildən çox idi çıxmışdım Ağdamdan. Yaxşı yadımdadır, hadisələrin qarışan vaxtı idi. Bir dəfə dedim ki, nə olursa-olsun, gedib atamın-anamın qəbrini ziyarət edəcəm. Orda qəşəng bir ev də tikdirmişdim, iki mərtəbəli. Bülbüllər cəh-cəh vururdu o evin pəncərəsində. Dedilər ki, getmə, nəsə edər ermənilər sənə, yaxındadırlar. Heç kimin sözünə qulaq asmadım. Getdim ordakı evə. Onda artıq ermənilər Şahbulağa qədər gəlmişdi. Hələ də gözümün qabağındadır, aralı qalan darvazam. Gəldim evimin otaqlarını son dəfə bir-bir gəzdim, həyətimi doyunca dolandım. Heç yadımdan çıxmaz. Çıxıb getmək istəyəndə sonuncu dəfə dönüb evimə baxdım. “Dedim, ay Allah, bu nə fəlakətdir? Yəni mən doğulub-böyüdüyüm bu yeri bir də görməyəcəm? Bir ağlamaq tutdu məni. Xeyli ağladım, xeyli… Sonra birtəhər özümü toplayıb çıxdım. Bir az getmişdim, gördüm ki, hər qapıdan bir tanış çıxdı. Sən demə, mənə deməmiş məni qorumağa gəliblər ki, ermənilər birdən kişini aparar. Uzun sözün qısası, axırıncı gedişim o oldu. Mən orda bülbüllü bağçalar qoyub gəldim… Gedəndə isə atamın-anamın qəbrini tapa bilmədim e. Şumlamışdılar oranı. Halbuki bir dəstə gül götürmüşdüm ki, onların qəbrinin üstünə qoyum. Onların qəbrini tapa bilmədim, ona görə də tanımadığım bir məzarına qoydum gülləri. Bilirsən, torpağımı görən kimi öpdüm, bağrıma basdım, cibimə doldurub gətirdim. Amma Ağdama borclu qaldım. Demişdim, azad olunduğu gün dizin-dizin sürünəcəm, ancaq belə oldu ki, səhhətim imkan vermədi. Allahıma şükürlər olsun, ölmədən bu günü gördüm. Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun”.

***

Arif Babayevin bəzi həmkarları ilə zamanında qalmaqalları da olub. Belə ki, vaxtilə Ağadadaş Ağayevin “Qarabağ muğam məktəbi yoxdur, sadəcə ləhcə var” sözlərini deməsinə Arif Babayev münasibət bildirərək deyir:

27972275 1687032061344112 8488533600639654722 n 1676884165 Arif Babayev hansı həmkarını son nəfəsində bağışlamışdı?

“Qarabağ muğamatın, musiqinin beşiyidir, bunu hamı bilir. Elə təkcə Üzeyir Hacıbəyli bəs edər. Ağadadaş səhv danışır, mən onu başa salaram. Buna görə heç kim narahat olmasın. Zaman-zaman bu məsələ müzakirə olunub, amma tarix tarix olaraq qalır.

***

Arif Babayevin ən yaddaqalan mübahisəsi həmkarı Xalq artisti Canəli Əkbərovla olub. Belə ki, illərdir davam edən Muğam müsabiqəsinin münsiflər heyətində olan hər iki xanəndə sonralar elə bu müsabiqəyə görə üz-göz olurlar. Canəli Əkbərovun müsabiqədən kənarlaşdırılması onların arasında gərginlik yaradır. Canəli Əkbərov Arif Babayev və müsabiqədə iştirak edən digər həmkarlarını tənqid edir. Ancaq ömrünün son günlərini yaşayan Canəli Əkbərovun barışıq təklifinə Arif müəllim müsbət qarşılıq verir. Həmkarının ölümündən sonra isə o, müsahibəsinin birində deyir:

“Son nəfəsdir axı. Ona görə Canəlini bağışladım. Əlbəttə, keçməli idi o inciklik. İnsanıq da. Hamı gedəcək bu yolu. O mənim xanəndə yoldaşım idi. Canəlinin bu sənətdə zəhməti olub. Aramızda olan xırda-para şeylər də keçdi. Allah ona rəhmət eləsin. Hər şeyi qoyuruq bir kənara, son mənzildə necə kinli olmaq olar?”.

arif babayev 1676884216 Arif Babayev hansı həmkarını son nəfəsində bağışlamışdı?

***

85 yaşlı Xalq artisti “Azərbaycan SSR əməkdar artisti”, “Azərbaycan SSR xalq artisti”, “Şöhrət” ordeni, “İstiqlal” ordeni, “Şərəf” ordeni ilə təltif olunub.

Xalq artisti bu gün vəfat edib. Allah rəhmət eləsin/ kulis.az

Related Articles

Bir cavab yazın

Back to top button