araz
“Araz” market endirimli palçıq satır - Görüntülər tənqid olundu (VİDEO)

"Araz" supermarketin palçıqlı kartof satması müzakirələrə səbəb olub. 

Bu barədə jurnalist Elman Cəfərli məlumat paylaşıb. 

""Araz" supermarketdə qəşəng palçıq satılır. Endirimdədir, tələsin. Çox keyfiyyətli palçıqdır. Arasında kartof da var, eybi yox, onu təmizləyib atmaq olar. Bu kartofları bir-bir məhsulu bu şəkildə alıcıya təklif edən işbazın təpəsinə vurasan" - deyə jurnalist qeyd edib. 

O sözügedən görüntülərin Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən “Araz” marketdən olduğunu qeyd edib. (yenisabah.az)



24.05.2024 19:49
show 725